Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana olan Sevda qızı ilə FOTOSUNU paylaşdı

Ana olan Sevda qızı ilə FOTOSUNU paylaşdı

Tarix: 19 Dekabr 2022 22:25

Xəbər verdiyimiz kimi, müğənni Sevda Yahyayeva bir neçə saat əvvəl ana olub.  

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi xəstəxananın palatasında qucağında körpə qızı Ayla ilə foto çəkdirərək, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Şəkildə övladının üzünü gizlədən Yahyayeva paylaşımına "Gözəl qadınlar, analar, xanımlar, gəlinlər, kim gecə və gündüz ana olmaq üçün vuruşursa, inanın ki, buna dəyər.

Ana olmaq gözəl bir hissdir. Xoşbəxt olduğun ən gözəl gündən belə milyon dəfə gözəldir. Ana olmağın arzusunda olan bütün qadınlarımız üçün Amin deyirəm. Ayla 3 kiloqram çəkidə, 52 sm. boyda dünyamıza gəldi və dünyamız gözəlləşdi. İnşallah ki, hər zaman da, başımıza tac olar", deyə şərh yazıb.  

Qeyd edək ki, Sevda Yahyayeva ötən il həkim-genetik Zakir Bayramovla ailə qurub.


Etiketlər:  olan Sevda qızı ilə FOTOSUNU paylaşdı


RƏYLƏR