Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 21:58
Türkiyə kütləvi şəkildə yerli hava hücumundan müdafiə sistemləri istehsal etməyə başlayır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında bildirib.
O qeyd edib ki, hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Siper, Hisar və Sunqur sistemlərinin kütləvi istehsalına başlanılır.
Həmçinin, iclas zamanı 5 saat havada qalaraq ilk sınaq uçuşunu uğurla həyata keçirən, pilotsuz reaktiv qırıcı "Qızılelma"nın son vəziyyəti dəyərləndirilib. Onun İHA-lara yeni imkanlar qazandırması məsələləri müzakirə edilib.
Qeyd olunub ki, F-16-lar modernləşdirilərək yenidən istehsal ediləcək.