Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi ilə Antonellanın sevgi macərası - İndi hər şey daha cazibədardır - FOTO

Messi ilə Antonellanın sevgi macərası - İndi hər şey daha cazibədardır - FOTO

Tarix: 21 Dekabr 2022 22:12

Dünya çempionatı bitsə də, müzakirəsi, həyəcanı bitmir. Xüsusilə çempion Argentina milli komandasının kapitanı Lionel Messi diqqətdən yayınmır. Onunla bağlı hər məqam xüsusiləşdirilir, müzakirə edilir. Bəli, nəhayət o, dünya çempionudur. Leonun bu qələbə üçün böyük motivasiyası var idi: dövrümüzün ən yaxşı oyunçusu adını təmin etmək şansı.

Sonxeber.net bildirir ki, Kuboka gedən yolda onu dəstəkləyənlər arasında ilk olaraq ailəsi var idi. Fotodan da görünür ki, Messinin ən yaxşı dostları məhz onlardır.

Fotodakı xanım yaxından tanıdığınız Antonela Rakuzzodur. O, Leonun uşaqlıq dostu və 2017-ci ildən həyat yoldaşıdır. Hər ikisi əslən Argentinanın Rosario şəhərindəndir. Yeddi yaşında tanış olublar. Cütlüyün üç övladı var: Tyaqo, Matteo və Çiro.

Leo Antonella ilə onun qardaşı və "Nyuels"dəki komanda yoldaşı Lukas Skaliya vasitəsilə tanış olublar. Həmin vaxtlar onların dostluq münasibətləri başlayıb. 2000-ci illərin əvvəllərində Leo Barselonaya köçsə də, Antonella Argentinada qalmalı olub. O, qidalanma mütəxəssisi kimi təhsil alıb və qadınların fitnes mərkəzində işləyib. Bir müddət uzaqdan ünsiyyət qurmalı olublar.

Dostlar yalnız 2004-cü ildən görüşməyə başlayıblar. Antonellanın ən yaxın dostu avtomobil qəzasında öldükdən sonra Leo onu dəstəkləmək üçün Argentinaya uçmalı olub. O vaxtdan bəri ayrılmayıblar.

Messidən əvvəl Antonellanın üç ildir münasibətdə olduğu sevgilisi var idi. Lakin Leo geri dönən kimi ondan ayrıldı. Antonellanın keçmiş sevgilisi yerli nəşrlərdən birinə bu barədə maraqlı açıqlama verib:

"O, məni tərk etdi, amma ən azı hansısa qocaya görə yox - Messi üçün".

2022-ci il dünya çempionatından əvvəl Leo Antonella ilə münasibətləri və ona olan sevgisi barədə danışıb:

"Antonellanı yeddi yaşımdan tanıyıram. Mən Barselonaya gələndə daim ünsiyyət qurmağın heç bir yolu yox idi. Həftədə bir dəfə danışırdıq və qısa zənglər olurdu. Amma bütün həyatım boyu beynimdə Antonella olub".

Messinin sözlərinə görə, xanımı müxtəlif vəziyyətlərdə, xüsusən də onun üçün pis anlarda necə davranacağını mükəmməl bilir:

"Onun, demək olar ki, heç bir pis günü yoxdur. Həmişə yaxşı əhval-ruhiyyədədir, gözəl yoldaşdır".

Təbii ki, Antonella Qətərdə də Leonu tək buraxmamışdı. O, bütün oyunları Messinin anası Seliya Mariya Kuççittini ilə birlikdə izləyirdi.

Ailəsi mundial boyu Messiyə xüsusi dəstək oldu. Həlledici görüşdə hakimin final fitindən sonra meydanda əsl qələbəlik var idi. Hər kəs kimisə qucaqlayır, təbrik edirdi. Messi isə ailəsinin yanına doğru getməyə can atırdı. Hamı Leo ilə şəkil çəkdirmək istəyirdi, o isə tarixi anları ailəsiylə əbədiləşdirmək niyyəntində idi. Diqqətçəkən məqamlardan biri isə Messinin ailəsinin kubokla şəklini çəkməsi idi. Bu foto sosial şəbəkələrin bəzəyi oldu. Oyundan sonra Antonella həyat yoldaşını bu sözlərlə təbrik etdi:

"Mən, hətta haradan başlayacağımı da bilmirəm... Səninlə çox fəxr edirik, Leo! Bizə heç vaxt təslim olmamağı və həmişə sona qədər mübarizə aparmağı öyrətdiyiniz üçün təşəkkür edirik.

Nəhayət, siz dünya çempionusunuz! Bilirik ki, siz uzun illər əziyyət çəkmisiniz, buna o qədər nail olmaq istəyirdiniz ki!"

Uzun illərdir bir yerdə olan cütlük indi daha xoşbəxtdirlər, daha gözəl görünürlər. Bu hissləri bütün dünya ilə paylaşmaqdan gizlətməyə çalışmırlar... (publika)


Etiketlər:  Messi ilə Antonellanın sevgi macərası İndi hər şey daha cazibədardır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ