Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 21:57
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ səfərindən ölkəsinə qayıtmazdan əvvəl Polşanın Rzeşov şəhərinin hava limanında Polşa Prezidenti Anjey Duda ilə görüşüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Polşa Prezident Aparatının tviter hesabında paylaşım edilib.
Bildirilib ki, 2 saat çəkən görüş zamanı Zelenskinin ABŞ-yə səfərinin təfərrüatları və Polşa ilə Ukrayna arasında münasibətlər müzakirə olunub.