Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Havaya qalxdıqdan 16 saniyə sonra qəzaya düşdü

Havaya qalxdıqdan 16 saniyə sonra qəzaya düşdü

Tarix: 23 Dekabr 2022 22:48

Valideynlər və qızı qısa bir səfərə getdilər və eyni gündə öldülər. Müstəntiqlər cütlüyün və onların 12 yaşlı qızının ölümünə səbəb olan yüngül təyyarə qəzası ilə bağlı yeni məlumat yayıblar.

Sonxeber.net bildirir ki, bu barədə Daily Mail yazıb.

Avstraliyalı mühacir ailəsi 42 yaşlı Kristian Ket, həyat yoldaşı 43 yaşlı Misti və qızı 12 yaşlı Lilli kiçik kirayə götürülmüş "Piper Cherokee PA-28" təyyarəsi ilə ABŞ-ın Florida ştatında yaxınlıqdakı Venesiya şəhərində nahar etmək üçün mini səyahətə çıxıblar. Milli Nəqliyyat Təhlükəsizliyi Bürosunun hesabatına görə, təyyarə havaya qalxdıqdan cəmi 16 saniyə sonra Venesiya çimərliyi sahillərində qəzaya uğrayıb.

Təyyarə havaya qalxdıqdan sonra 23 metr hündürlüyə çataraq Meksika körfəzinin sularına düşüb. Qəza təyyarəni idarə edən kişinin, eləcə də sərnişin oturacaqlarında əyləşən həyat yoldaşının və uşağının həyatına son qoyub. Avstraliyalıların daha bir övladı olub - həmin gün onların kiçik qızı Harper rəfiqəsinin evində gecələyib.

Ketın şəxsi pilot lisenziyasını 2021-ci ilin iyulunda aldığı bildirilib.

İrfan Vəliyev


Etiketlər:  Havaya qalxdıqdan saniyə sonra qəzaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ