Tarix: 2 May 2019 20:28
“Mançester Yunayted”in sabiq baş məşqçisi Devid Moyes maraqlı açıqlama verib.
Qol.az xəbər verir ki, “Talk SPORT”adanışan şotlandiyalı mütəxəssis “Mançester Yunayted”dən ayrılarkən ağladığını deyib: “Sonuncu dəfə “Mançester Yunayted”dən qovulanda ağlamışdım. Çox kədərli idim. Həmin an dəyişikliyə ehtiyacım var idi”.
Qeyd edək ki, 2013-cü ilin yayında “qırmızı şeytanlar”ın baş məşqçisi təyin olunan Moyes mövsüm başa çatmamış qovulmuşdu.