Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda ticarət mərkəzində qumbara partladılıb

Ermənistanda ticarət mərkəzində qumbara partladılıb

Tarix: 26 Dekabr 2022 07:14

Ermənistanın Ararat əyalətində kişi ticarət mərkəzində qumbara partladıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.

Qeyd edilir ki, əl qumbaraları ilə silahlanmış bir nəfər Xarberd küçəsindəki ticarət mərkəzinə soxularaq oranı partlatmaqla hədələyib.

Polis əməkdaşları gələnə qədər həmin şəxs mağazanın içərisində olan qumbaralardan birini partladıb, nəticədə mağazaya böyük maddi ziyan dəyib: pəncərələr, qapılar sındırılıb, tavana və əmlaka ziyan dəyib. Silahlı şəxs F1 tipli ikinci qumbaranı partlatmağa cəhd edərkən polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

O, asayiş keşikçiləri tərəfindən polis bölməsinə aparılıb.

Faktla bağlı cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Məlumata görə, polis tərəfindən zərərsizləşdirilən şəxs daimi yaşayış yeri olmayan 35 yaşlı Aram X.-dir.

Hadisə zamanı xəsarət alan olmayıb.

Milli.Az


Etiketlər:  Ermənistanda ticarət mərkəzində qumbara partladılıb


RƏYLƏR