Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serbiya ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib

Serbiya ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib

Tarix: 27 Dekabr 2022 08:34

Ali Baş Komandan, Prezident Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Serbiya Baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç bildirib.

"Serbiya Prezidenti Ali Baş Komandan kimi ordunun ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verib", - deyə nazir qeyd edib.

Eyni zamanda, ölkənin daxili işlər naziri Bratislav Qasiç Daxili İşlər Nazirliyi qüvvələrinin də tam döyüş hazırlığına gətirildiyini açıqlayıb.


Etiketlər:  Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ