Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimin qəbuluna yazıla bilmədi, 11 dişini özü çəkdi

Həkimin qəbuluna yazıla bilmədi, 11 dişini özü çəkdi

Tarix: 27 Dekabr 2022 15:12

67 yaşlı Corc Qlinos 11 dişini kəlbətinlə çıxarıb.

Sonxeber.net bildirir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb.

Qlinos deyib ki, o, dəfələrlə dövlət klinikalarında diş həkimi ilə görüş təyin etməyə cəhd edib, lakin heç vaxt buna nail ola bilməyib. Sonda o, özünü müalicə edib və şəffaf bankada saxladığı 11 dişini dörd il ərzində çəkib.

Diş ağrımağa başlayanda kişi onu bir neçə həftə boşaldıb və sonra kəlbətinlə çıxarıb. "Ya oturub ağrıya dözə bilərəm, ya da hər şeyi özüm edə bilərəm", - o deyib.

Qlinos diş problemlərinin onun şəxsi həyatına, fiziki və psixi sağlamlığına təsir etdiyini iddia edib. Kişinin alt çənəsində yalnız bir dişi qalıb. Qlinos mədə ağrılarından əziyyət çəkir, çətinliklə yeyir, həzm problemi yaşayır.

İrfan Vəliyev


Etiketlər:  Həkimin qəbuluna yazıla bilmədi dişini özü çəkdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ