Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 23:12
Ukraynadakı müharibəyə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını həyata keçirən Litvanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti dondurulmuş Rusiya və Belarus aktivlərinin ümumi məbləğini açıqlayıb.
Sonxeber.net bildirir ki, bu barədə "report" Litvanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bu gün Litvanın daxili işlər naziri Aqne Bilotayte Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin rəhbərliyi ilə görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiyaların tətbiqi müzakirə edilib.
Hazırda Litvada beynəlxalq sanksiyaların həyata keçirilməsini təmin edən Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətidir. Onun məlumatına görə, dondurulmuş vəsaitin ümumi məbləği 85 milyon avrodan çoxdur.
Bunlar Rusiyadan 9 hüquqi şəxs - 77 milyon avro; Belarusdan 6 hüquqi və 1 fiziki şəxs - 9 milyon avrodur.