Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stalinin hədiyyə verdiyi, fahişə kimi tanınan prezident arvadı - ONU TANI

Stalinin hədiyyə verdiyi, fahişə kimi tanınan prezident arvadı - ONU TANI

Tarix: 29 Dekabr 2022 01:32

Bu qadını nağıllardan real həyata düşmüş Zooluşka da adlandırırlar, müqəddəs fahişə də, kasıbların hamisi də. Çox maraqlı ömür yolu olub Argentinanın keçmiş birinci ledisinin. Hətta ölümündən sona meyitinin də başına macəralar gəlib. 

Milli.Az lent.az-a istinadən Argentinanın keçmiş birinci xanımı Eva Peron barədə məqaləsini təqdim edir.

Mariya Eva İbarquren 7 may 1919-cu ildə Argentinanın kiçik Los Toldos şəhərində anadan olub. O, fermer Xuan Duarte və onun qulluqçusu Xuana İbarqurenin qanunsuz nikahdan doğulmuş övladı idi. Eva doğulduqdan sonra fermer beş uşaqlı məşuqəsini atıb qanuni arvadının yanına döndü və ailəsinə heç bir maddi yardım göstərmədi. 1926-cı ildə Duarte ölərkən onlar atalarının dəfninə getdilər və kilsədən qovuldular. Yerli sakinlər "ərsiz dul qadına" nifrətlə yanaşırdılar. Buna baxmayaraq, o, uşaqlarını yerbəyer eləməyi bacardı.

12 yaşında Eva ehtiyatsızlıqla qaynar zeytun yağı ilə üzünü və əllərini yandırdı. Həkimlər onun ömürlük şikəst və çirkin qalacağını desələr də, qız möcüzəvi şəkildə sağaldı, bədənində yanıq izləri qalmadı. Sonralar haqqında əfsanələr dolaşanda bu əhvalatı da Evanın müqəddəs olması ilə əlaqələndirirdilər.

15 yaşında Maria Eva o zamanlar Cənubi Amerikanın Parisi adlanan Buenos-Ayresə köçdü, teatrda işləməyə başladı. Sabun reklamlarında çəkilmək uğur gətirdi, Eva tezliklə ölkənin ən məşhur radio aparıcılarından birinə çevrildi.

1935-ci ildə 3 dəqiqəlik qulluqçu rolunu oynayaraq aktyorluq karyerasına başlayır.
Aktrisa kimi qazancı az idi və o qazanmaq üçün "kişi jurnalları"nda çılpaq şəkillər çəkdirməyə başlayır, model kimi uğur qazanır. Katolik ölkədə pornoşəkillərin çəkilməsi fahişəlik kimi qiymətləndirilirdi. 

1944-cü ildə xeyriyyə gecəsində Eva ölkənin hərbi hökumətinin rəhbərlərindən biri, polkovnik Xuan Peronla görüşür. Eva öz xatirələrində 1944-cü ili real həyatının başlanğıcı adlandırıb. Bu görüşdən sonra onlar sevgili oldular.

1945-ci ilin oktyabr ayına qədər Evanın rəsmi tədbirlərdə polkovnik Peronun "sevgilisi" kimi görünməsi mühafizəkar Argentina cəmiyyətini şoka saldı. 1945-ci il oktyabrın əvvəlində polkovnik Peron həbs edildi və həbsxanada Eva ilə evlənməyə söz verdi. Oktyabrın 17-də xalq üsyanlarından sonra Peron azadlığa buraxıldı, beş gün sonra  Evayla evləndi. O ərinin ikinci arvadı oldu. Hadisələri qabaqlayaraq deyək ki, Peron Evadan sonra üçüncü dəfə də evləndi. Və onun üçüncü xanımı İzabel Evanı ölümündən sonra da qısqanırdı və hətta onun cazibəsi qazanmaq üçün kahinlərə cadu da etdiribmiş. Evadan fərqli olaraq İzabel evlənən kimi özünü ölkənin birinci vitse prezidenti də elan etdirdi, lakin xalqın sevgisini qazana bilmədi.

1946-cı ildə Argentinada keçirilən prezident seçkilərindən əvvəl Eva Peron qadınlar arasında ərinin təşviqatını apardı. O zaman Argentina qadınlarının səsvermə hüququ yox idi, lakin bu "dolayı" təşviqat üsulu işə yaradı - Xuan Peron prezident oldu və 1947-ci ildə o arvadının istəyi ilə qadınlara səsvermə hüququ verdi. 

Birinci xanım Eva Peron ərinin əvəzinə Avropa turnesinə çıxıb və orada Fransa, İtaliya, Portuqaliya, İsveç prezidentləri, ABŞ dövlət katibi və Roma Papası ilə görüşmüşdü.

Evanın portretləri təqvimlərdə, kibrit qutularında, bütün məktəb dərsliklərində idi. O, radio və televiziyada çıxış edirdi. Ölkənin üsyançı, kasıb, özünü "köynəksizlər"  adlandıran təbəqəsi Evanı çox sevirdi, onu əzizləyərək "Evita" çağırırdılar. 
Argentina prezidentinin həyat yoldaşı olandan sonra Eva bütün çılpaq fotoşəkillərinin məhv edilməsini əmr etmişdi. 

Peron Argentinanın yeganə prezidenti idi ki, rəsmi portretində xanımı ilə birlikdə kameralar önünə çıxır, birgə şəkillər çəkdirirdi.

1948-ci ildə Eva Peron Fondu yaradıldı. Fond xəstəxanaların, sığınacaqların tikintisi ilə məşğul olub, kasıblara, kimsəsizlərə yardım edirdi. Birinci xanım ehtiyacı olanlarla şəxsən görüşürdü. O, hətta sifilis və cüzamlı xəstələri öpməkdən, kasıbların irinli yaralarına əllərini sürtməkdən belə çəkinmirdi. Bu, onun Katolik Argentinadakı şöhrətinə çox təsir etdi. Bəziləri ona bir müqəddəs kimi hörmət etməyə başladılar.

Məktəblər, xəstəxanalar, stadionlar tikməklə yanaşı, Eva 7800 argentinalı uşağın xaç anası oldu və kasıblara 2500 mənzil bağışladı.

Eva Peron ad günlərindən birində İosif Stalindən hədiyyə almışdı. Bu sincab dərisindən tikilmiş qadın çiyin örtüyü, pelerin idi. Evadan əvvəl və sonra heç kim Stalin tərəfindən bu cür hədiyyəyə layiq görülməyib.

1950-ci ildə Eva Perona uşaqlıq yolu xərçəngi diaqnozu qoyuldu. Son aylarda kütlə qarşısına çıxan birinci xanım köməksiz dayana bilmirdi, bununla belə ikinci dəfə prezidentliyə namizəd olan ərinin seçki kampaniyalarında iştirak edirdi, bunun üçün ən güclü ağrıkəsicilər qəbul etməli olurdu. Ağır xəstəliklə mübarizə Evita obrazını insanların gözündə daha cəlbedici etdi. 26 iyul 1952-ci ildə müqəddəs Evita 33 yaşında vəfat etdi.

"Məzlum kütlənin bayraqdarı"nın cəsədi mumiyalandı. Evitanın ölümündən bir gün sonra Buenos-Ayres mağazalarında çiçəklər tükəndi, dəfn mərasimi zamanı yaranan izdiham 8 nəfərin ölümünə, 2000-ə yaxın insanın yaralanmasına səbəb oldu. Evanın vəfatından sonra kömək üçün ona məktublar yazmış kəndlilərə cavab məktublar gəldi, məktubların üzərində  "Evitanın cavabı - "Səni göylərdən öpürəm" yazılmışdı. Zərflər Xuan Peronun əmri ilə göndərilmişdi. 

Evanın cəsədi də macəralar yaşadı. Argentinada 1930, 1943, 1955, 1962, 1966 və 1976-cı illərdə hərbi çevrilişlər olmuşdu.

Eva Peronun mumiyalanmış cəsədi 1955-ci ilə qədər, yəni əri çevriliş nəticəsində devrilənədək ictimaiyyətə nümayiş etdirildi. Bundan sonra cəsəd Peronun tərəfdarları tərəfindən uzun müddət gizlədildi, sonra gizli şəkildə İtaliyaya aparıldı, yalnız 1974-cü ildə Evanın mumiyası Argentinaya qaytarıldı, mavzoleyə yerləşdirildi.

1976-cı ildə yeni dövlət başçısı Aramburu öldürüldü, onun cəsədini üsyançılardan geri almaq üçün dövlət Evanın cəsədini təklif etdi, beləcə müqəddəs Evanın cəsədi ölümündən 24 il sonra yenə ölkəsində sabitliyə xidmət etdi. 
Eva sevərlər onun cəsədini ciddi təhlükəsizlik tədbirləri ilə anası və sevimli qardaşı Xuanın yatdığı Rekoleta qəbiristanlığındakı ailə məzarlığında dəfn etdilər.

Ölümündən 70 il keçsə də, onun məzarı ən çox ziyarət edilən yer olaraq qalır.

Birinci xanım sağlığında qohumlarının əsas dövlət vəzifələrini tutmasına nail oldu. Qardaşı prezidentin şəxsi katibi oldu, bacıların ərləri senator, Mərkəzi Gömrük direktoru və Ali Məhkəmənin sədri vəzifələrini tutdular. Evitanın dəbdəbəli Dior geyimləri ləl-cavahiratları müqəddəs və inqilabçı obrazına elə buna görə uyğun gəlmirmiş.

Evitaya qədər Argentinanın heç bir birinci xanımı ölkənin siyasi həyatında bu qədər fəal iştirak etməmişdi. Argentinalılar deyirlər ki, 20-ci əsrdə ölkədə iki fenomen var idi. Ədəbiyyatda Borxes və siyasətdə Evita Peron.

1996-cı ildə Eva barəsində "Evita" adlı bədii film çəkildi. Müğənni Madonna filmdə onun rolunu ifa edəndə Argentina sakinləri etiraz etmişdilər ki, "pozğun Madonna bizim Evanı canlandıra bilməz". Madonna təəccüblənmişdi ki, "axı sizin Eva da pozğun olub". 

Filmin Argentinada nümayişi zamanı sakinlərin əksəriyyəti bu səbəblə filmə baxmaqdan imtina etmişdi.

Milli.Az


Etiketlər:  Stalinin hədiyyə verdiyi fahişə kimi tanınan prezident arvadı ONU TANI


RƏYLƏR