Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 07:36
Hazırda İsveç xəstəxanalarında COVID-19-dan müalicə olunan 2179 xəstə var. Krallığın səhiyyə idarəsi cümə axşamı bildirib ki, bu, 2022-ci il üçün yeni rekorddur.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, əvvəlki rekord yanvar ayına təsadüf edib. Ölkənin tibb müəssisələrində eyni zamanda 2138 koronavirus xəstəsinə yardım göstərilib.
Pandemiyanın bütün dövrü üzrə rekord 2021-ci ilin yanvarında qeydə alınıb. Həmin vaxt 2972 nəfər koronavirusa yoluxmuş şəxs xəstəxanalarda müalicə olunub.