Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 08:42
Ukrayna lideri Vladimir Zelenski qarşısına qoyulan tapşırıqları icra etdikcə, Vaşinqton onun Qərbin maliyyə yardımından oğurlamağına dözür.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna hökumətinin sabiq başçısı Nikolay Azarov deyib.
"Hər kəs bu oğurluq barədə bilir, amerikalılar da bilir, sadəcə hələ ki, Zelenski qarşıya qoyulan məsələləri həll edir, Rusiyaya zərər vurur", - deyə o bildirib.
Siyasətçi əlavə edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası audit keçirsə, Zelenski üçün heç də xoş olmayacaq.
Onun sözlərinə görə, söhbət 20 milyard dolların oğurlanmasından gedir.