Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 13:50
Dekabrın 19-da ana olan müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla birgə alış-verişə yollanıb.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, "Valentino"dan "şoppinq" edən sənətçi ayaqqabı seçmək üçün butiki "ələk-vələk" edib.
Səhnə üçün hündürdabanlı sözügedən lüks markanın ayaqqabısını geyinib-çıxardan Yahyayeva əri Bayramovla rəng seçimində qərarlaşa bilməyib.
Sevda gah qara, gah çəhrayı, gah da ki qızılı rəngli ayaqqabını geyinərək butiki altını-üstünə çevirib.
Sonunda isə müğənninin seçimi çəhrayı rəngli hündürdaban ayaqqabı olub. Həmin anları isə Sevda Yahyayeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.