Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 19:30
Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan Rəşad Dağlı ilə bağlı yazdığı şeir böyük marağa səbəb olub.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, sosial şəbəkədə izlənmə rekordu qıran görüntülərdə Mircəlal Aydəmirov tanınmış meyxanaçının tezliklə azadlığa qovuşmasını arzulayıb.
Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.