Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roqozindən Reznikova ''səviyyəli'' cavab: ''Ölü eşşəyin qulaqlarını görərsiniz''

Roqozindən Reznikova ''səviyyəli'' cavab: ''Ölü eşşəyin qulaqlarını görərsiniz''

Tarix: 31 Dekabr 2022 16:18

"Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin öz Teleqram kanalında Ukraynanın müdafiə naziri Aleksey Reznikovun ruslara müraciətinə cavab verib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bundan əvvəl Reznikov Rusiya Federasiyası vətəndaşlarını "özlərini xilas etməyə" çağımşdı.

"Onun bizə Yeni il müraciəti həyasızlıq, itaətsizliyə çaırışdır", - Roqozin deyib və əlavə edib ki, əslində Reznikov rusları öz ölkələrini müdafiə etməkdən imtinaya çağırır.

Roqozin ukraynalı nazirin çıxışının sonunda səhvə yol verdiyini, əslində rusların qayğısına qalmadığını, ruslara və Rusiyaya nifrət bəslədiyini büruzə verdiyini bildirib.

"Ukraynanın müdafiə naziri bu çıxışında özünü rusları labüd cəza ilə qorxutmaqdan saxlaya bilməyib", - Roqozin qeyd edir.

Roqozin Reznikova eus zərbül-məsəli ilə cavab verib: "Ölü eşşəyin qulaqlarını görərsiniz".

Roqozin bəyanatının sonunda əlavə edib ki, xüsusi hərbi əməliyyat "bizim qələbəmizlə yekunlaşacaq, burada da heç bir illüziya olmamalıdır". Həmçinin Roqozinin sözlərinə görə, rus qoşunları "bütün bu Reznikovların oturduğu" Kiyevi alacaq.


Etiketlər:  Roqozindən Reznikova səviyyəli cavab Ölü eşşəyin qulaqlarını görərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ