Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2022 19:00
Xəbər verildiyi kimi, bu həftənin cümə günü ABŞ Nümayəndələr Palatasının Vergilər və Gəlirlər Komitəsi keçmiş prezident Donald Trampın 6 illik vergi bəyannamələrini açıqlayıb.
Vergi sənədlərinin açıqlanması demokrat qanunvericilərlə Donald Tramp arasında uzun illər davam edən hüquqi mübarizənin nəticəsi idi. Ağ Evdəki sələflərindən fərqli olaraq, Tramp vergi bəyannamələrini ictimaiyyətə açıqlamaqdan imtina ediirdi.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,keçmiş prezident və onun həyat yoldaşının vergi bəyannaməsi maralqı faktlaır ortaya çıxarıb. Məsələn, Donald Tramp prezidentliyinin ilk üç ilində 110 min dollar federal vergi ödədiyi, lakin 2020-ci federal xəzinədarlığa vergi ödəmədiyi məlum olub. Prezidentliyinin ilk ili olan 2017-ci ildə isə Tramp dövlətə cəmi 750 dollar ödəyib, üstəlik əvvəlki biznesində çoxmilyonluq itkiləri silib.
Müxtəlif biznes məsrəflərindən və itkilərindən əldə edilən gəlirlərin silinməsi Amerika vergi qanunu ilə nəzərdə tutulub və bizneslə məşğul olan amerikalıların demək olar ki, bu cür metoda müraciət edirlər. Lakin ABŞ Federal Vergi Xidməti (İRS) bir sıra şübhəli faktlar aşkar edib. Bununla bağlı detallar hələ ki, ictimaiyyətə açıqlanmır.
Cümə günü Donald Tramp demokratları vergilərdəən siyasi silah kimi istifadə etməkdə ittiham edib. "Mən fəxr edirəm ki, minlərlə iş yerinin yaradılmasını və gözəl binaların tikintisini stimullaşdırmaq üçün müxtəlif vergi endirimlərindən istifadə edə bilmişəm", - deyə Donald Tramp bildirib.