Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 14:14
Xorvatiya yanvarın 1-dən Şengen Viza Sazişinin üzvü olub.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında yerləşdirilən məlumatda deyilir.
Xorvatiya ilə Şengen zonasının digər ölkələri arasında sərhəd-keçid məntəqələrində yoxlamalar, martın 26-dan isə daxili hava sərhədlərində yoxlamalar ləğv ediləcək.
Bundan əlavə, Xorvatiya Şengen vizası vermək və Şengen informasiya sistemindən istifadə etmək hüququ əldə edib.
Xatırladaq ki, dekabrın 8-də Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Aİ Şurasının ölkənin yanvarın 1-dən Şengen zonasına daxil olması ilə bağlı razılığa gəldiyini açıqlayıb.