Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mendeş Ronaldonun "Əl-Nəsr"ə transferində iştirak etməyib

Mendeş Ronaldonun

Tarix: 1 Yanvar 2023 18:56

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun agenti Jorje Mendeş futbolçunun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transferi ilə bağlı danışıqlarda iştirak etməyib.

Bu barədə "Marca" nəşri məlumat yayıb. Mendeşin əvəzinə müqavilə şərtləri və "Əl-Nəsr"in təklifi klub rəhbərliyi ilə Ronaldonun etibarlı adamı sayılan Rikardo Requfe tərəfindən müzakirə edilib. Daha əvvəl futbolçunun karyerasını harada davam etdirməsi ilə bağlı fikir ayrılıqları fonunda hücumçu ilə agenti arasında münasibətlərin pisləşdiyi bildirilirdi.

Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.

Milli.Az


Etiketlər:  Mendeş Ronaldonun Əl Nəsrə transferində iştirak etməyib


RƏYLƏR