Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kosova NATO-ya yenidən çağırış etdi

Kosova NATO-ya yenidən çağırış etdi

Tarix: 1 Yanvar 2023 21:02

Keçən həftə Serbiya ilə Kosova arasında gərginliyin başlamasından sonra Kosovanın Baş naziri Albin Kurti NATO müdafiə qüvvələrinin prosesdə daha güclü iştirakına çağırıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Kurti "Velt"ə müsahibəsində bildirib.

"Ölkəmizdə NATO əsgərlərinin və hərbi texnikasının sayının əhəmiyyətli dərəcədə artırılması Kosovada və Qərbi Balkanların bütün regionunda təhlükəsizliyi və sülhü yaxşılaşdıracaq", - Kurti bildirib.

O qeyd edib ki, Kosova hazırda müdafiə xərclərini və əsgərlərin sayını artırır:

"NATO-nun KFOR sülhməramlı qüvvələrində əsgərlərin sayının artırılması bizim müdafiə səylərimizi dəstəkləyəcək".


Etiketlər:  Kosova NATO yenidən çağırış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ