Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 17:24
“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Qol.az-ın “Daiy Mail”ə istinadən yaydığı xəbərə görə, London klubu “Feyenord”un hücumçusu Orkun Kökcünü transfer etməyi planlaşdırır. 18 yaşlı hücumçunun qiymətinin 20 milyon avro olduğu bildirilir.
O.Kökcü ilə “Çelsi”, “Totenhem”, “Fənərbaxça” və “Beşiktaş”ın da maraqlandığı iddia olunur.
Qeyd edək ki, O. Kökçü 21 yaşlılardan ibarət Türkiyə millisinin üzvüdür. Onun qardaşı Ozan Can Kökcü isə U-21 millimizdə oynayır.