Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən ilin ən dəbli məşhurları - SİYAHI

Ötən ilin ən dəbli məşhurları - SİYAHI

Tarix: 3 Yanvar 2023 13:00

2022-ci ilin ən dəbli məşhurlarının adları açıqlanıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, reytinqdə məşhur aktyorlar, musiqiçilər və teleaparıcılar yer alıb.

Ən yaxşı zövqə malik məşhurlar arasında birinci olan müğənni Rihanna hamiləlik zamanı səmimi görüntülər nümayiş etdirib. İkinci yeri müğənni Cennifer Lopezlə münasibətləri bərpa etdikdən sonra üslubunu kökündən dəyişən Ben Afflek tutub.

Mütəxəssislər ilk beşliyə iş qadını Marta Stüart, peşəkar tennisçi Serena Uilyams və reper Bad Bunni də daxil ediblər. 

Bundan əlavə, ekspertlər Amazon şirkətinin amerikalı əmək təşkilatçısı Kristian Smollsu (Staten-Aylenddəki Amazon işçilərinin aparıcı təşkilatındakı rolu ilə tanınır) ayırıblar.

Eyni zamanda, aktrisa Florens Pugh, reper Lizzo və olimpiyaçı sərbəst xizəkçi Eileen Goo ən dəbli ulduzların onluğuna daxil olub və bu il geyim seçimləri ilə jurnalistləri heyran qoyub.

Milli.Az


Etiketlər:  Ötən ilin ən dəbli məşhurları SİYAHI


RƏYLƏR