Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Frankfurt-Astana təyyarəsi Bakıda təcili eniş etdi

Frankfurt-Astana təyyarəsi Bakıda təcili eniş etdi

Tarix: 4 Yanvar 2023 09:44

Astana hava limanında güclü duman səbəbindən "Lufthansa"nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Milli.Az-a verilən məlumata görə, göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

Milli.Az


Etiketlər:  Frankfurt Astana təyyarəsi Bakıda təcili eniş etdi


RƏYLƏR