Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Tarix: 4 Yanvar 2023 13:04

Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

Daxilıi İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, dekabrın 3-də saat 22 radələrində rayon sakini, 1988-ci il təvəllüdlü Razi Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 1980-cı il təvəllüdlü Bəxtiyar Rəsulovu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə R.Ağayev məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.


Etiketlər:  Piyadanı öldürüb qaçan sürücü saxlanıldı


RƏYLƏR