Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransızların əksəriyyəti 2023-cü ildə ölkədə yaxşılaşma gözləmir

Fransızların əksəriyyəti 2023-cü ildə ölkədə  yaxşılaşma gözləmir

Tarix: 5 Yanvar 2023 08:57

Fransa vətəndaşlarının əksəriyyəti 2023-cü ilə bağlı olduqca bədbindir və bunun nə ölkə, nə də şəxsən onlar üçün əvvəlki ildən yaxşı olmayacağına inanır.

"Report" xəbər verir ki, belə nəticələri "Elabe" sosioloji xidməti yanvarın 3-dən 4-dək 1000 nəfər arasında keçirilən sorğunun nəticələrinə əsasən dərc edib.

"Ölkə üçün respondentlərin 50%-nin fikrincə, 2023-cü il daha pis olacaq, 33%-i bunun nə daha yaxşı, nə də daha pis olduğuna inanır, 8%-i isə düşünür ki, daha yaxşı olacaq. Özlərinə gəldikdə, 34% hər şeyin daha da pisləşəcəyini gözləyir, 38% - nə yaxşı, nə də daha pis, yalnız respondentlərin 16%-i hər şeyin yaxşılaşacağına inanır", - sorğuda deyilir.

Bununla belə, sosial xidmət qeyd edib ki, fransızların əhval-ruhiyyəsi 2021-ci ilin oktyabrından sistematik şəkildə pisləşir.

Respondentlərin əksəriyyəti (56%) üçün alıcılıq qabiliyyəti ilə bağlı məsələlərin səlahiyyətli orqanlar tərəfindən həlli aktuallıq baxımından birinci yerdə qalır, 44% daim xərcləri məhdudlaşdırmaq məcburiyyətində qaldıqlarını, yalnız 18% isə təsdiqlədi ki, ayın sonunda pula qənaət etmək imkanı var.

Qeyd olunub ki, sorğuda iştirak edənlərin 36%-i sağlamlıqla, 21%-i pensiya ilə bağlı məsələlərdən narahatdır, 23%-i isə təhlükəsizliyi onlar üçün ən vacib mövzulardan biri adlandırıb.

Milli.Az


Etiketlər:  Fransızların əksəriyyəti 2023 ildə ölkədə yaxşılaşma gözləmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ