Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 13:28
SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinin üçüncü ildönümü münasibətilə yanvarın 3-də İranın Astara şəhərində keçirilən tədbirdə çıxış edən İslam İnqilabının Keşikçilər Korpusunun ikinci briqada generalı Əlirza Tənhayi Azərbaycana qarşı təhdid dolu açıqlama verib.
Sonxeber.net bildirir ki, İSNA-nın xəbərinə görə, o, Azərbaycan rəsmilərinin bir sıra addımlarına və açıqlamalarına toxunaraq iddia edib: "Azərbaycan Ukrayna və Səddamın səhvlərini təkrarlamamalı və bilməlidir ki, İran İslam Respublikası regionun qüdrətli ölkəsi olaraq heç vaxt sərhədlərinin təhdid edilməsinə imkan verməyəcək".
"İranda və onun periferik bölgələrində əmin-amanlığı pozmaq məqsədi daşıyan istənilən addıma İslam Respublikasının silahlı qüvvələri tərəfindən qətiyyətli cavab veriləcək",-deyə general təhdid edib.