Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah Bakıya sulu qar yağacaq

Sabah Bakıya sulu qar yağacaq

Tarix: 6 Yanvar 2023 12:40

Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam arabir yağıntılı olacağı, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Milli.Az


Etiketlər:  Sabah Bakıya sulu qar yağacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ