Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Parlaq dəri və güclü saçlar üçün avokado maskası

Parlaq dəri və güclü saçlar üçün avokado maskası

Tarix: 7 Yanvar 2023 13:21

Xanımların ən çox baxıma ehtiyac duyduğu və sağlamlığına diqqət etdiyi yerlər arasında saç və cild ilk sırada yer alır. Təkcə gözəllik deyil, həm də üzdə yaşlanma əlamətlərini gecikdirmək üçün müxtəlif baxım vasitələri, prosedurlar var.

Milli.Az Axşam.az-a istinadən ev şəraitində avokadodan istifadə edərək dərinizə və saçlarınıza qulluq edə biləcəyiniz maskanı təqdim edir. Reseptdən öncə qeyd edək ki, C vitamini ilə zəngin olan bu maska qan dövranını sürətləndirərək dəriyə parlaqlıq qatır. Eyni zamnada, saçların daha tez və sağlam uzanmasına imkan verir.

Tərkibi və hazırlanması:

Avokadonı bir çay qaşığı zeytun yağı ilə püre halına gələnə qədər qarışdırın. Qarışıma 1 damla qızılgül yağı, əgər yoxdursa, adaçayı yağı da əlavə etmək mümkündür. Qarışımı əlinizlə qarışdıraraq dırnaqlarınızın da qidalansına inkan yarada bilərsiniz.

Göz ətrafına dəyməmək şərti ilə maskanı üzünüzə masaj edərək tətbiq edin. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Artıq qalan qarışımı saç köklərinə tətbiq edin. Sonda soyuq su ilə yuyun.

Qeyd edək ki, həddindən artıq yağlı dərilər üçün avokado tövsiyə edilmir. 

Milli.Az


Etiketlər:  Parlaq dəri güclü saçlar üçün avokado maskası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ