Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu kişidir ki!” - “Səs”in ilk günü - VİDEO

“Bu kişidir ki!” - “Səs”in ilk günü - VİDEO

Tarix: 7 Yanvar 2023 14:35

"Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsinin birinci buraxılışı maraqlı anlarla yadda qalıb. 

Sonxeber.net olay-a istinadən yazır ki, marketlərdən birində çalışan Sərxan Şükürov adlı iştirakçının çıxışı xüsusilə diqqət çəkib. "Qaragilə" mahnısını səsləndirən Sərxana münsiflərdən yalnız Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) dönüb. Bundan əlavə, Xalq artisti Gülyaz Məmmədovanın Sərxana reaksiyası maraqla qarşılanıb. Onun səs tembrindən qadın olduğunu düşünən xanəndə Sərxana tərəf dönəndən sonra "Bu kişidir ki!" deyərək təəccübünü bildirib.

Şükürovla bağlı maraqlı bir fakt da üzə çıxıb. Digər münsif İlqar Xəyalın sözlərindən və reaksiyasından bəlli olub ki, Sərxan onun uzun illərdir ki, qonşusudur. İştirakçı isə bildirib ki, yarışa qatıldığından İlqarın qəti şəkildə xəbəri olmayıb.


Etiketlər:  kişidir Səsin günü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ