Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə 6 yaşlı uşaq qadın müəllimi GÜLLƏLƏDİ

Bu ölkədə 6 yaşlı uşaq qadın müəllimi GÜLLƏLƏDİ

Tarix: 7 Yanvar 2023 20:46

ABŞ-ın Virciniya ştatında altı yaşlı uşağı müəlli güllələyib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları uşaq saxlanılaraq nəzarətə götürülüb.

Polis rəisi Stiv Drev deyib ki, atəş təsadüfi olmayıb.

Qurbanın təxminən 30 yaşında olduğu məlum olub. Hadisədən bir qədər əvvəl müəllimlə uşaq arasında mübahisə yaranıb. Nəticədə uşaq atəş açıb.

"Araşdıracağıq, soruşmaq və öyrənmək istədiyimiz suallar var. Mən o odlu silahın haradan gəldiyini bilmək istəyirəm", - Drev deyib.

Müəllimin vəziyyətinin ağır olduğu deyilsə də, sonradan həkimlərin səyi nəticəsində təhlükəni adlamaq mümkün olub.

Hadisənin baş verdiyi Riçnek ibtidai məktəbinin bir müddət bağlanacağı da məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları 6 yaşlı uşağın silahı haradan aldığını araşdırır. Hadisənin təfərrüatları hazırda açıqlanmır.


Etiketlər:  ölkədə yaşlı uşaq qadın müəllimi GÜLLƏLƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ