Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nümayəndəlik rəhbəri: Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib

Nümayəndəlik rəhbəri: Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib

Tarix: 11 Oktyabr 2019 12:21

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib.

Bunu Trend-ə Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Bakı ofisinin rəhbəri Əbdürrəhman Uzun deyib.

Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdə sülhün tərəfdarıdır:

"Məhz bu səbəblə də Türkiyə bundan əvvəl Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları keçirib, indi isə “Sülh bulağı” əməliyyatına başlayıb".

Ə.Uzun bildirib ki, əsrlər boyunca türklər və kürdlər bu ərazilərdə dinc şəkildə yaşayıb və “Sülh bulağı” əməliyyatı etnik kürdlərə qarşı yönəlməyib.

O əlavə edib ki, Suriyanın şimalında əməliyyatların keçirilməsi həm də suriyalı qaçqınların doğma yurdlarına qayıda bilməsi üçün vacibdir:

“Hərbi əməliyyatların məqsədi Suriyanın şimalının PKK, PYD/YPG terror təşkilatlarından təmizlənməsidir. MÜSİAD Türkiyə hökumətinin bu istiqamətdə səylərini dəstəkləyir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nümayəndəlik rəhbəri Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ