Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu təzyiq dərmanı ömrü uzada bilər – ALİMLƏR

Bu təzyiq dərmanı ömrü uzada bilər – ALİMLƏR

Tarix: 8 Yanvar 2023 21:36

Osaki Universitetinin alimləri insanda qocalma prosesini ləngidə biləcək dərmanlar üzərində apardıqları araşdırma nəticəsində maraqlı kəşf ediblər.

Medicina.az xəbər verir ki, metolazin adlı təzyiq dərmanı hüceyrələrdə mitoxondriyanı bərpa edir.
Bununla da onların ömrünü uzadır.

Mitoxondriyalar hüceyrələrin enerji stansiyası rolunu oynayır.
Alimlər soxulcanlar üzərində apardıqları təcrübədə sübut ediblər ki, metolazon onların yaşama müddətini xeyli uzadıb. Bu dərman digər araşdırılan 3000 adda dərmandan daha effektiv olub.

50 ildir məlum olan bu preparat HSP 6 geninə güclü təsir edir, bu gen mitoxondriyaları aktivləşdirir.
Dərmanın ayrı-ayrı insan qrupları üzərində sınağı da eyni nəticəni göstərib.

Beləliklə, dərmanın qocalma əleyhinə təsiri ilkin olaraq sübut olunub. O, digər bahalı anti-age dərmanlarından daha yüksək nəticə göstərib.


Etiketlər:  təzyiq dərmanı ömrü uzada bilər ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ