Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2023 08:54
"Braziliyada demokratiyaya və hakimiyyətin dinc yolla ötürülməsinə edilən hücumu pisləyirəm".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bunu ABŞ Prezidenti Cozef Bayden tviter hesabında yazıb.
"Braziliyanın demokratik təsisatları bizim tam dəstəyimizə malikdir və Braziliya xalqının iradəsi sarsıdılmamalıdır. Mən Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm", - ABŞ lideri əlavə edib.
Ağ Evin məlumatına görə, ABŞ Prezidenti Braziliyanın keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının bazar günü hökumət əleyhinə etirazlar zamanı Milli Konqresə, Prezident Sarayına və Federal Ali Məhkəməyə hücumların olduğu Cənubi Amerika ölkəsinin paytaxtında vəziyyəti hiddətli adlandırıb.
"Bu, hiddət doğurur", - Bayden Braziliyada baş verənləri şərh edərkən deyib.