Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 19:32
Uzun illərdir keçirilən "Şalvarsız Metro Günü" ("No Trousers Tube Ride") ötən gün İngiltərədə baş tutub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, pandemiya səbəbiylə 2 ildir keçirilməyən aksiyaya paytaxt Londonda yüzlərlə insan qatılıb. Onlar havanın soyuq keçməsinə baxmayaraq metroda şalvarsız səyahət ediblər.
Qeyd edək ki, "Şalvarsız Metro Günü" ilk dəfə 2002-ci ildə Nyu-Yorkda başladılıb.