Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanunsuz balıq ovlayan 182 nəfər məsuliyyətə cəlb olunub

Qanunsuz balıq ovlayan 182 nəfər məsuliyyətə cəlb olunub

Tarix: 11 Oktyabr 2019 15:52

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin təyinatının bir hissəsi ekoloji cinayətkarlığa, brakonyerliyə, ov qaydalarının pozulmasına qarşı mübarizə, balıq və digər su bioresurslarının mühafizəsi sahəsində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir.

Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, ekoloji cinayətkarlığa, brokonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və Respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində 2019-cu ilin 9 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 84 izibati xəta faktı aşkar edilib:

"Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 45 ədəd qayıq, 241 tor, 9 mühərrik və başqa ov vasitələri, 9 ton 444 kq müxtəlif növ balıq, 4011 ədəd krivet və digər su bioresursları götürülüb. Cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulub, bundan istintaq zamanı 20 min manatı ödənilib. İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə ediliblər.

Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə polis əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilərək qeyri-qanuni, kustar üsulla hisə verilmiş balıq məhsulları hazırlayan şəxslər aşkar edilib, barələrində tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə göndərilib. Eyni zamanda, Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində partlayıcı maddələrdən və elektrik gücləndiricilərdən istifadə edərək balıq ovlayan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb".

E.Süleymanov bildirib ki, Xəzər dənizinin sahilində Yerin təkinin qorunması və istifadə qaydalarını pozaraq qanunsuz qum, balıqqulağı yüklədiklərinə görə vətəndaşlar saxlanılıb, sənədləşdirilib və təhqiqata təhvil verilib:

"Son vaxtlar ölkə rəhbərinin apardığı məqsədyönlü tədbirlər nəticəsində Respublika ərazisində, regionlarda akvakulturanın inkişafı sayəsində, süni göllərin yaradılması nəticəsində yeni iş yerlərinin açılması ilə əlaqədar brakonyerliklə məşğul olanların sayı azalmış, buna baxmayaraq bu sahədə görüləcək işlər hələ də çoxdur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qanunsuz balıq ovlayan nəfər məsuliyyətə cəlb olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ