Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 15:56
Bakı. Rufiz Hafizoğlu - Trend:
Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib.
Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, NATO Türkiyənin Suriyanın şimalındakı vəziyyətdən narahatlığını başa düşür: “Biz terroçuluqla birgə mübarizə aparacağıq”.
Y.Stoltenberq onu da əlavə edib ki, NATO üzv ölkələrinin PYD/YPG ilə bağlı vahid mövqeyi yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin