Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 14:50
Tanınmış film istehsalçısı "Cinemazadeh" aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.
Sonxeber.net xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə, məşhur aktyor "Cinemzadeh"lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Belə ki, aktyor şirkətin film layihəsində iştirakla bağlı müqavilə imzalasa da, daha sonra çəkilişdə iştirak etməkdən imtina edib. Buna görə də şirkət Müşviq Şahverdiyevdən təzminat tələb edir.
İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, M.Şahverdiyev daha əvvəl "Cinemzadeh"in "Ofis işi", "Kəklikotu" kimi layihələrində yer alıb.
Məsələ ilə bağlı aktyorla əlaqə saxlamağa çalışsaq da, onun meneceri lent.az-ın əməkdaşına bildirdi ki, hazırda Müşviq Şahverdiyev Bakıda deyil və məsələ barədə heç bir açıqlama vermək istəmir. Qeyd edək ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, məhkəmənin ilkin hazırlıq iclası yanvarın 11-də keçirilib. Növbəti iclas isə bu ayın 27-də baş tutacaq.