Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəxri adlara görə aylıq təqaüdlər artırıldı

Fəxri adlara görə aylıq təqaüdlər artırıldı

Tarix: 13 Yanvar 2023 10:57

Prezident İlham Əliyev Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 (yüz əlli) manat müəyyən edilib.


Etiketlər:  Fəxri adlara görə aylıq təqaüdlər artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ