Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ətrafındakı adamları necə idarə etmək olar?

Ətrafındakı adamları necə idarə etmək olar?

Tarix: 14 Yanvar 2023 04:06

1. Diqqət çəkmək
Diqqət çəkmək idarəetmənin ən sadə yoludur. Bunu cəmiyyət arasında ətrafınızdakı adamlara vacib suallar verməklə edə bilərsiniz. Bu suallar siyasi, iqtisadi sahələrdən ola bilər. Siz hətta qlobal məsələlərdən və ya təbii fəlakətlər barədə lazımsız məlumatlar paylaşaraq insanların diqqətini çəkə bilərsiniz.
Bu üsuldan istifadə etməklə diqqət çəkmək üçün əvvəlcə gərək özünüzün elm, psixologiya, iqtisadiyyat və neyrobiologiya haqqında məlumatınız olmalıdır.
2. Problem yaradıb həll etməyə çalışmaq
Bunun üçün problem yaratmaq və insanları bu problemləri həll etməyə cəlb etmək lazımdır.
3. Nəticəni tədricən əldə etmək
Bu zaman istədiyiniz məqsədə çatmaq üçün birdən-birə sıçramaq lazım deyil. Problemi yaratmaq üçün uzun müddət, az-az əskikliklər yaratmaq və ətrafdakıları bu problemlərdən xəbəriniz olmamasına inandırmaq lazımdır.
4. Ətrafınızdakı adamı ələ almağın bir yolu da onu "zəif" yerindən vurmaq və sonra ona yardım etməyə çalışmaqdır. Bu üsulla ətrafınızdakı adamı "əl altında" saxlayıb ondan gələcək işlərdə istifadə etmək olur.
5. Kritik hadisələr zamanı öz emosiyalarınızı ələ almağa çalışın. Emosiyalarını əldə saxlaya bilməyən adamlar əsəbi halda qorxularını, istəklərini, ehtiyaclarını gizli saxlaya bilmirlər.
6. Texnoloji alətlərdən yaxşı istifadə etməklə də ətrafdakıları nəzarət altında saxlamaq mümkündür. Amma bunun üçün çoxlu bilik və bacarıq lazımdır.
7. Çox və dəyişkən fikir sahibi olmayın, ətrafdakıların(cəmiyyətin, insanların) tələb etdiyi kimi görünməyə çalışın.
8. Günahkarlıq hissi
Ətrafınızdakı insana elə davranın ki, o özünü günahkar hesab eləsin. Onun başına gələn bədbəxt hadisələri, onun çatışmazlıqlarını, köməksizliyini tez-tez xatırladın. Bu zaman o özünü sizin yanınızda günahkar və gözükölgəli adam kimi hiss edəcək. Bu hiss həmin adamı depressiya vəziyyətinə salacaq və o sizin yanınızda özünü sizdən asılı adam kimi aparacaq.
9. Ətrafınızdakılar haqqında çox məlumatlı olun
Son 50 ilin nəticələri bəzi insanların ətrafdakılar barədə onların özündən də çox məlumat toplayaraq həmin adamları əl altında saxladıqlarını sübut edir. Belə ki, ətrafdakılar barədə onların özündən çox məlumat sahibi olmaqla onları asanlıqla idarə etmək mümkün olur. Bu vasitə ilə insanları fiziki və psixoloji basqı altında saxlamaq olur.
 


Etiketlər:  Ətrafındakı adamları necə idarə etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ