Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“28 May” stansiyasının qarşısında dava olub, xəsarət alan var

“28 May” stansiyasının qarşısında dava olub, xəsarət alan var

Tarix: 14 Yanvar 2023 08:22

Bakının Nəsimi rayonunda, "28 May" metro stansiyasının qarşısında dava zamanı 1 nəfərin qolu sınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1979-cu il təvəllüdlü Səmədov Ramil Nəsib oğluna dava zamanı küt alət olan dəmir parçası ilə ağır xəsarət yetirilib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az


Etiketlər:  28 May stansiyasının qarşısında dava olub xəsarət alan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ