Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya, səni lənətə gələsən!'' - oğlu həlak olmuş ananın fəryadı - FOTO

''Rusiya, səni lənətə gələsən!'' - oğlu həlak olmuş ananın fəryadı - FOTO

Tarix: 14 Yanvar 2023 20:22

Bu gün səhər saatlarında Rusiya qoşunları Ukraynanın Dnepr şəhərini raketlərlə və İran istehsalı olan "Shahed 131" kamikadze PUA-ları ilə atəşə tutub.

Sonxeber.net bildirir ki, zərbələrdən birinrin dəydiyi doqquzmərtəbəli yaşayış binasının bir bloku tamamən uçub. Ən azı 27 nəfər yaralanıb, 5 nəfər həlak olub.

Dnepropetrovsk vilayət dövlət administrasiyasının rəhbəri Valentin Rezniçenkonun dediyinə görə, yaralıların hamısı xəstəxanalardadır.

Dnepr şəhərinin meri Boris Filatov bildirib ki, Rusiyanın zərbələri nəticəsində şəhərin böyük hissəsi elektroenerji təminatından məhrum olub.

Dağılan binadakı mənzillərdən birinin sakini, oğlu həlak olmuş 52 yaşlı qadın isə ağlayaraq deyib: "Rusiya, sənr qatilsən! Rusiya, səni lənətə gələsən!"


Etiketlər:  Rusiya səni lənətə gələsən oğlu həlak olmuş ananın fəryadı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ