Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada prezident seçkiləri başa çatıb

Çexiyada prezident seçkiləri başa çatıb

Tarix: 14 Yanvar 2023 21:36

Çexiyanın keçmiş baş naziri və "Narazı vətəndaşların aksiyası" siyasi hərəkatının lideri Andrey Babiş ölkədə keçirilən prezident seçkilərinin birinci turunda liderlik edir.

Bu barədə Çexiyanın Statistika İdarəsinə istinadən məlumat yayılıb.

Məlumata görə, Babiş ​​seçicilərin 42,8 faizinin dəstəyini qazanıb. Onların səsləri respublika üzrə seçki məntəqələri bağlandıqdan sonra ilk 20 dəqiqə ərzində hesablanıb.

Onun əsas rəqibi, Çexiya Silahlı Qüvvələrinin generalı Peter Pavel seçicilərin 30,1%-nin səsini qazanıb.


Etiketlər:  Çexiyada prezident seçkiləri başa çatıb


RƏYLƏR