Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 08:48
Bakı. Trend:
Hindistanın Odişa ştatının ərazisindən keçən 220-dən artıq qatar reysi ştata yaxınlaşan "Fani" siklonu səbəbindən ləğv edilib.
Trend-in məlumatına görə, Hindistanın Mülki Aviasiya İdarəsi Bhubaneşvar şəhərində hava limanının bağlanılması haqqında bəyan edib, bu gün Kalkutte şəhərinin də hava limanı bağlanacaq.
Bildirilir ki, Odişa ştatının hakimiyyəti 1 milyon insanı təxliyə edib. Onlar müvəqqəti məskunlaşma düşərgələrində yerləşdirilirlər.
Qeyd edək ki, "Fani" sikloni Benqal körfəzi tərəfindən ştata yaxınlaşır. Meteoroloq proqnozuna əsasən, siklon bu gün ştata çatacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin