Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 04:24
Rusiyada, Xabarovsk diyarında oğlunu bıçaqlayaraq öldürən 63 yaşlı Amursk sakini mühakimə olunub.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rayon üzrə mətbuat xidmətindən məlumat verilib.
Hadisə ötən il sentyabrın 11-də Komsomolski prospektindəki mənzildə baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, həmin gün rusiyalı qadın oğlu və sevgilisi ilə spirtli içki qəbul edib. Ziyafət zamanı qohumlar arasında münaqişə yaranıb və kişi anasını şiddətlə döyüb.
Daha sonra qadın bıçağı götürərək mənzildən qaçıb, lakin oğlu onun arxasınca düşüb. Qadın onu döyməyə davam edəcəyindən qorxaraq onu bıçaqlayıb. Nəticədə kişi yerindəcə keçinib.
Rusiyalı qadına qarşı "Zəruri müdafiə həddini aşdıqda qətl törətmə" maddəsi ilə cinayət işi açılıb. Məhkəmə qadını təqsirli bilib və ona bir il sınaq müddəti təyin edib.
İrfan Vəliyev