Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan ərazisində idxal və ixracla bağlı qaydalara dəyişiklik edildi

Azərbaycan ərazisində idxal və ixracla bağlı qaydalara dəyişiklik edildi

Tarix: 17 Yanvar 2023 16:12

Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarına dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin 9 №-li Qərarına dair izaha əsasən, Qərarda prekursorların illik tələbata uyğunluğu yoxlanıldıqdan sonra ölkəyə buraxılması mexanizmi tənzimlənir.

Bununla bağlı Qərarda prekursorların illik tələbatının təsdiq edilməsi, həmçinin illik tələbatın həcminin dəyişdirilməsi barədə qəbul edilmiş qərarın real vaxt rejimində İqtisadiyyat və Səhiyyə nazirlikləri tərəfindən prekursorların idxalına ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə göndərilməsi barədə müddəalar nəzərdə tutulmuşdur.

Həmçinin, Qərarda prekursorlara olan illik tələbat barədə müraciətə prekursorların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi və istifadə məqsədinə dair məlumatların əlavə edilməsi ilə bağlı müddəlar əks olunmuşdur.

Milli.Az


Etiketlər:  Azərbaycan ərazisində idxal ixracla bağlı qaydalara dəyişiklik edildi


RƏYLƏR