Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yemək yeyərkən boğulub öldü

Yemək yeyərkən boğulub öldü

Tarix: 18 Yanvar 2023 19:02

Yaponiyada ölüm hökmündə olan qadın yemək yeyərkən boğulub və ölüb.

Milli.Az bildirir ki, bu barədə "The Japan Times" Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

Hadisə yanvarın 15-də Xirosimadakı təcridxanada baş verib.

49 yaşlı Miyuki Uetanın yemək yeyərkən boğulmağa başladığı və huşunu itirdiyi müəyyən edilib. Müəssisənin əməkdaşları onu xilas etmək üçün tədbirlər görsələr də, bu da nəticə verməyib. Həkimlər onun öldüyünü, səbəbin boğulma olduğunu bildiriblər.

Ueta 2009-cu ildə quldurluq və ikiqat adam öldürməkdə təqsirli bilinib. Hər iki halda qadın qurbanlarına narkotik verib, sonra isə onları suda boğub. İstintaq müəyyən edib ki, bu yolla Ueta öldürülən kişilərə borclarını qaytarmaqdan yayınmağa çalışıb. 2017-ci ildə Ali Məhkəmə ölüm hökmünü qüvvədə saxlayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Yemək yeyərkən boğulub öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ