Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hər iki tərəf hücuma hazırlaşır” - Ekspert açıqladı

“Hər iki tərəf hücuma hazırlaşır” - Ekspert açıqladı

Tarix: 19 Yanvar 2023 21:22

"Vəziyyət gərgindir, hər iki tərəf güc yığır və zərbə vurmağa, hücuma keçməyə hazırlaşır. Burada kimin birinci zərbə vurması prinsipial əhəmiyyət kəsb edir. Tərəflərin hazırlığı da hiss olunur. Bu, Ukrayna ordusu üçün Qərbdən gələn hərbi texnikadan asılıdır. Rusiya üçün isə yığılan canlı qüvvəni hazırlayıb döyüş meydanına göndərməklə bağlıdır".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi ekspert Azad İsazadə Ukrayna cəbhəsində yaşanan son durumu şərh edərkən bildirib.

Mütəxəssis ötən gün Kiyevdə qəzaya düşən hərbi helikopter haqqında da danışıb, bunun təsadüfi olmaya biləcəyini istisna etməyib.

O xatırladıb ki, qəza nəticəsində Ukrayna daxili işlər naziri, onun müavini və digər rəhbər şəxslər vəfat edib: "Səbəblərdən asılı olmayaraq istintaq gedir. Hələlik bir neçə versiya səsləndirilib. Yəqin ki, son sözü aparılan istintaqın nəticəsi deyəcək. Hamı da istintaqın başa çatmasını gözləyəcək".

Ancaq mən xüsusi bir nüansı demək istərdim: "Ukraynanın daxili işlər naziri yalnız ölkə polisinə rəhbərlik etmir, eyni zamanda Ukrayna Milli Qvardiyası da onun tabeliyindədir. Üstəlik unutmayaq ki, Milli Qvardiya Rusiyaya qarşı döyüşlərdə fəal iştirak edir. Özü də çox böyük qəhramanlıqla. Məsələn, məşhur "Azov" alayının özü də Milli Qvardiyanın hərbi hissələrindən biri idi".

Azad İsazadənin qənaətincə, məhz yuxarıda qeyd olunanlara görə, helikopter qəzasının üstündən keçmək çətin olardı:

"Bu baxımdan rəbərliyi itirmək yəqin ki, bir müddət təsir göstərə bilər, amma prinsipial deyil. Mən istisna etmirəm ki, qəzada kəşfiyyat məsələsi də ola bilər".

Hərbi ekspert onu da xatırladıb ki, Ukrayna Quru Qoşunlarının komandanı general Zalujni iki gün əvvəl heç kimin xəbəri olmadan Ukraynanı tərk edərək Polşada ABŞ-ın baş qərargah rəisi ilə görüşüb və müzakirələr aparıb: "Hesab edirəm ki, bu olduqca vacib məsələdir. Bu həm də onu göstərir ki, yaxın dövrdə Ukrayna-Rusiya cəbhəsində nəsə baş verəcək. Müşahidələr onu deyir ki, hər iki tərəf hücuma hazırlaşır".


Etiketlər:  Hər tərəf hücuma hazırlaşır Ekspert açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ