Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Tarix: 20 Yanvar 2023 07:48

Güclü leysan yağışları səbəbindən Serbiyanın cənub bölgələrində fövqəladə vəziyyət elan olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, iki gündür davam edən leysan yağışlarının səbəb olduğu daşqınlar xüsusilə də Sancak bölgəsindəki Priyepolye, Novi Pazar və Syenitsa şəhərlərində fəsadlar törədib. Bölgədəki Trnaviça, Yosanitsa və Raska çayları daşıb. Trnaviça çayında yolun çökməsi nəticəsində iki nəfərin öldüyü bildirilir. Şəhər rəhbərliyi vətəndaşları çaylardan və potensial təhlükəli körpülərdən uzaq durmağa çağırıb.

Syenitsada isə evlər, məktəblər və iş yerləri daxil olmaqla 200-dən çox bina su altında qalıb. Lima çayında suyun səviyyəsinin saatda 7 santimetr artdığı bildirilib. Priyepolyedə kiçik çayların daşdığı bəzi ərazilərdə risk altında olan vətəndaşlar təxliyə olunub.

Rəsmilər yaxın günlərdə yağıntıların artacağı barədə xəbərdarlıq edib.

Milli.Az


Etiketlər:  Bu ölkədə fövqəladə vəziyyət elan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ