Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Bolqarıstanla bağlı ŞOK PLANI üzə çıxdı

Rusiyanın Bolqarıstanla bağlı ŞOK PLANI üzə çıxdı

Tarix: 20 Yanvar 2023 22:42

Rusiya xüsusi xidmət orqanları 2016-cı il aprelin 20-də Bolqarıstanda detallı şəkildə hazırlanmış hərbi çevriliş cəhdinə əl atıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Bellingcat" saytı məlumat yayıb.

Rusiya hərbi kəşfiyyatının hazırladığı plana görə, "Vasil Levski" və "Şipka" adı verilən iki yarımhərbi təşkilatın üzvləri, ümumilikdə 700-dən çox adam parlamentin qarşısında iğtişaşlar törətməli, atışmalara başlamalı və hakimiyyəti ələ keçirməli imiş. Əməliyyat Rus Pravoslav Kilsəsi tərəfindən də dəstəklənib.

Yalnız Qərb və Bolqarıstan kəşfiyyatının koordinasiyalı fəaliyyəti nəticəsində yüzlərlə hərbiləşdirilmiş birləşmənin üzvünün həbsi çevriliş cəhdinin qarşısını alıb. Həmin gün təşkilatın yalnız 3 üzvü paytaxt Sofiyaya çata bilib. Əməliyyatın təşkilatçısı - "Valter Kalaşnikov" təxəllüsü ilə tanınan Vladimir Rusev saxlanılıb. Geniş ictimaiyyət üçün bu heyrətamiz xəbəri Bolqarıstan Milli Assambleyasında "Geosiyasi böhranlarda dezinformasiyanın təsiri" adlı müzakirə zamanı "Bellingcat" istintaq qrupunun icraçı direktoru Xristo Qrozev çatdırıb.

"Bellingcat" Bolqarıstanda Rusiyanın hələ də təsirini qoruduğunu xüsusilə vurğulayır. Saytın araşdırmasına görə, 2014-2015-ci illərdən başlayaraq Rusiya ilə iqtisadi əlaqələrə malik oliqarxların nəzarətində olan Bolqarıstan mediası və telekanalları Krım və Donbasda baş verənlərlə bağlı Kremlin təbliğatını aparırlar.

"Bellingcat" Bolqarıstanda "azad sözün" qiymətinin aşağı olduğunu qeyd edir. Belə ki, rus mənbələri lazımi materialın dərcinə görə bolqar jurnalistlərə və redaksiyalarına 150-300 avro aralığında pul ödəyir. Onlar vasitəçilər yolu ilə fəaliyyət göstərirlər. Həmin vasitəçilər arasında Şimali Makedoniya vətəndaşı, Moskvada yaşayan və Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının doktoranturasında təhsil alan Darko Todorovskinin adı xüsusilə vurğulanır. O, həm də aqressiv rusiyayönlü "pogled.info" saytının təsisçisidir.

Ötən ilin yayında ovaxtkı baş nazir Kiril Petkovun ofisinin rəhbəri Lena Borislavova Bolqarıstanda ictimai və siyasi xadimlərdən olan bəzi nüfuzlu şəxslərin təbliğatı üçün Rusiyadan ayda 4000 levi (təxminən 2000 avro) alması ilə bağlı səs-küylü informasiya yaymışdı. İndi Bolqarıstanda onları istehza ilə "4 minlik" adlandırırlar.

Milli.Az


Etiketlər:  Rusiyanın Bolqarıstanla bağlı ŞOK PLANI üzə çıxdı


RƏYLƏR