Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa yenidən silah yarışına girir

Avropa yenidən silah yarışına girir

Tarix: 20 Yanvar 2023 23:44

Fransanın 2024-2030-cu illər üçün hərbi büdcəsi artırılacaq.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bu barədə Fransa prezidenti Emmanuel Makron danışıb.

"2024-2030 Hərbi Proqramlaşdırma Aktı (LPM) dövlətin ordusunu gücləndirmək üçün göstərdiyi səyləri əks etdirir. Hərbi sektora ayrılacaq vəsait günümüzün təhlükələri ilə mütənasibdir. 2024-2030-cu illərdə dövlət hərbi sahəyə 400 milyard avro ayıracaq", - deyə Makron Mon-de-Marsan aviabazasında orduya müraciətində deyib. Onun bu müraciəti Yelisey sarayının rəsmi Tvitter hesabında yayımlanıb.

Makron növbəti 7 il ərzində Fransa kəşfiyyatının maliyyələşdirilməsinin 60% artırılacağını açıqlayıb.

Qeyd edək ki, Fransa ordusunun 2019-2025-ci illər üçün büdcəsi 295 milyard avro təşkil edir.


Etiketlər:  Avropa yenidən silah yarışına girir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ